Hind okeanında güclü zəlzələ olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Karlsberq dib silsiləsi yaxınlığında qeydə alınan zəlzələ 6,2 bal gücündə olub.
Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı Yəmənin Hadiboh şəhərinin 402 kilometr cənub-şərqində, 10 kilometr dərinlikdə yerləşir.