Modern.az

Sabirabadda ağır QƏZA - Bir ailədən 2 nəfər ölüb, 2-si yaralanıb

Sabirabadda ağır QƏZA - Bir ailədən 2 nəfər ölüb, 2-si yaralanıb

Aktual

9 May 2019, 09:17

Sabirabadda avtomobil kanala aşıb, bir ailənin 2 üzvü ölüb, 2-i isə yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə Koğlar kəndi ərazisində baş verib.

“VAZ 2106” markalı avtomobili Şamaxı rayon sakini Arzu Nuhəliyev idarə edirmiş. O, idarəetməni itirib və maşın kanala aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücsünün qardaşı, 1980-ci il təvəllüdlü Nuhiyev Zaminin və atası, 1955-ci il təvəllüdlü Nuhiyev Sahibəlinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
Sürücü və anası Xədicə Nuhəliyeva isə ağır xəsarət alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırılma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı