Modern.az

“O uşaqdan popkorn almaq lazım idi” – Aydın Mirzəzadə Rasim Musabəyovu QINADI

“O uşaqdan popkorn almaq lazım idi” – Aydın Mirzəzadə Rasim Musabəyovu QINADI

Aktual

9 May 2019, 12:31

Deputat  Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun "Azneft" meydanındakı yeraltı keçiddə uşağın popkorn satması ilə bağlı etdiyi etirazlara Facebook səhifəsində münasibət bildirib.

 

Modern.az xəbər verir ki,  deputat baş verən hadisədən çox təsirləndiyini qeyd edib.

 

“O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi.

 

Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa, pul qalaydı”.

 

Qeyd edək ki, deputat Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə uşağın popkorn satmasına etiraz edərək azyaşlının vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü deyib.  Deputatın iradından sonra  uşaq popkorn aparatı ilə birlikdə ərazidən uzaqlaşdırılıb. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı