“S-400-ün Türkiyəyə gətirilməsinin təxirə salınacağı ilə bağlı tərəfimizdən açıqlama verilməyib”. Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Mövlud Çavuşoğlu S-400-lərlə bağlı yayılan bəzi iddiaların həqiqətə uyğun olmadığını vurğulayıb:
“Digər ölkələrdən alınmayacağı ilə bağlı fikirlər səsləndirilir. ABŞ-ın bəzi iddiaları var. F-35-lər daxil olmaqla, NATO sisteminə zərər verəcəyi deyilir. Son sözü ekspertlərin söyləməli olduğunu və NATO liderliyində ortaq işçi qrupunun yardılmasının gərəkdiyini dedik. Bu məsələdə nə etdiyimizi bilirik. Şənbə günü ABŞ Dövlət katibi Mayk Pompeo ilə S-400 məsələsini müzakirə edəcəyik”.