Bu gün Türkiyədə təkrar mer seçkisi keçiriləcək.
Modern.az xəbər verir ki, İstanbulda bələdiyyə başqanı postu uğrunda iki namizəd mübarizə aparır. Hakim AKP namizədi Binali Yıldırımının əsas rəqibi CHP namizədi Əkrəm İmamoğludur.
Qeyd edək ki, 31 martda keçirilən seçkilərdə CHP-nin namizədi Əkrəm İmamoğlu 13 min səs fərqi isə AKP-nin namizədi Binali Yıldırımı üstələyərək İstanbul meri seçilmişdi. Amma Türkiyənin seçki qurumu (YSK) səsverməni etibarsız sayaraq seçkinin nəticələrini ləğv etdi.