Modern.az

Neft kəmərində partlayış

Neft kəmərində partlayış

Aktual

4 İyul 2019, 00:36

İraq neftini Türkiyəyə ötürən Kərkük-Ceyhan boru kəmərində partlayış baş verib.

Modern.az xəbər verir ki, partlayış 6 ədəd əl istehsalı bombanın ardıcıl partladılması nəticəsində törədilib. Partlayışdan sonra kəmərdə yanğın başlayıb.

Partlayış Mosulun 70 kilometrliyində yerləşən Əyn Cehş kəndi istiqamətində olub.

Məlumata əsasən, yanğın söndürülüb, hazırda boru kəməri fəaliyyətdə deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi