Modern.az

Bilgəh çimərliyində batan gəncin meyiti tapıldı - FOTO

Bilgəh çimərliyində batan gəncin meyiti tapıldı - FOTO

Aktual

16 İyul 2019, 13:09

İyulun 14-də Bilgəh qəsəbəsindəki qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, İ.Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İ.Rəsulzadə Müsavat Partiyasının üzvü Laləzar Məmmədlinin oğludur.

Mayda İlhamın 32 yaşı tamam olmuşdu. 

Allah rəhmət eləsin...

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!