Modern.az

Məmur xəstəxanada öldü

Məmur xəstəxanada öldü

Aktual

24 İyul 2019, 22:27

Göyçay rayon icra hakimiyyəti başçısının Kürdşaban kənd üzrə nümayəndəsi Həsənov Hafiz Qəşəm oğlu vəfat edib.

Modern.az  "Qafqazinfo"ya istinadən  xəbər verir ki, o, Bakıda olan xəstəxanaların birində dünyasını dəyişib.

Belə ki, bir neçə gün öncə səhhətində narahatlıq yaranan icra nümayəndəsi Bakıda olan xəstəxanaların birinə yerləşdirilib. O, bu gün ürəyindən əməliyyat olunması planlaşdırılsa da, qəfildən ölüb.

Mərhum doğulduğu Qarayazı kəndində dəfn edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı