Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulur.
Modern.az xəbər verir ki, yarışın rəsmi bağlanış mərasimi Bakı Kristal Zalında keçirilir.
Yeddi gün davam edən Bakı-2019-da 14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayıblar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərib.
Azərbaycan idmançıları Festivalda 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanıblar. Bu medallar üç idman növünə təsadüf edib. Yığmamız güləşdə 16 (8 qızıl, 5 gümüş, 3 bürünc), cüdoda 6 (2 qızıl, 1 gümüş, 3 bürünc) , idman gimnastikasında 1 (1 gümüş) mükafata yiyələnib. Bu göstərici ilə Azərbaycan Bakı-2019-u 4-cü pillədə başa vurub.
38 ölkənin düşə bildiyi medal siyahısında Rusiya birinci olub.