Modern.az

Məzuniyyətin pulla əvəzlənməsinə qadağanın səbəbi açıqlandı

Məzuniyyətin pulla əvəzlənməsinə qadağanın səbəbi açıqlandı

Aktual

Bu gün, 13:05

Azərbaycanda əmək müqaviləsinə xitam verildiyi hallar istisna olmaqla, əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir.

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

Nazir müavini bildirib ki, layihədə nəzərdə tutulan dəyişikliklər işçilərin istirahət hüququndan faktiki istifadəsini təmin etməyə və milli qanunvericiliyi beynəlxalq əmək standartlarına uyğunlaşdırmağa xidmət edir.

Onun sözlərinə görə, məzuniyyət işçinin istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulan fundamental hüquqdur:

“İşçinin əmək məzuniyyəti hüququnun mövcudluğu ilə yanaşı, həmin hüquqdan faktiki istifadə etməsi də təmin olunmalıdır. Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!