Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şirkəti fəaliyyətini dayandırıb.
Modern.az Yurd.Media-ya istinadən xəbər verir ki, “Ordubad Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
“Ordubad Tikinti” MMC 2025-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin adını və təşkilati-hüquqi forması dəyişməsi nəticəsində yaradılmışdı.
Qeyd edək ki, idarə 2007-ci ildə Ordubad Rayon Tikinti-Quraşdırma İdarəsi kimi dövlət qeydiyyatına alınıb. 2013-cü ildən isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi adı ilə yenidən dövlət qeydiyyatından keçmişdi. İdarənin direktoru Salmanov Əkrəm Südef oğludur.