Modern.az

Qəzada xəsarət alan üç nəfərin şəxsiyyəti müəyyənləşdi

Qəzada xəsarət alan üç nəfərin şəxsiyyəti müəyyənləşdi

Aktual

27 İyul 2019, 23:28

Tovuz rayonunda iki maşının toqquşması nəticəsində xəsarət alan üç nəfərin şəxsiyyəti məlum olub.

Modern.az  "Report"a   istinadən xəbər  verir ki,  "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 1994-cu il təvəllüdlü Əli Şahverdi oğlu Cəfərov, 1990-cı il təvəllüdlü Mahir Əsəd oğlu Sadıqov və 1989-cu il təvəllüdlü Bəhruz Novruz oğlu Bayramov müxtəlif bədən xəsarətləri alıb.

Onların hər üçü Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı