Modern.az

Tanınmış bloqer kanalizasiyada öldü

Tanınmış bloqer kanalizasiyada öldü

Aktual

28 İyul 2019, 00:07

“Road to film” "YouTube" kanalının 40 yaşlı belaruslu müəllifi Pavel Ş. Sankt-Peterburqda dünyasını dəyişib.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, bloqer bələdçisi Aleksey K. ilə birlikdə kanalizasiyalardan birində çəkiliş aparmaq istəyib.

Kameraları 5 metr dərinlikdə yerləşdirən Pavel və Alekseylə gecə yarısı qəfildən əlaqə kəsilib. Onların dostu Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng etməli olub. Xilasedicilər kanalizasiyada hər iki şəxsin cəsədini aşkar ediblər. Onların oksigen çatışmazlığından öldüyü bildirilib.

Qeyd edək ki, “Road to film”in 580 min abunəçisi var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı