Modern.az

18 yaşlı qız dərman içərək özünə qəsd etdi

18 yaşlı qız dərman içərək özünə qəsd etdi

Aktual

28 İyul 2019, 22:12

Qazax rayonunda 18 yaşlı qız dərman içərək zəhərlənib.

Modern.az-ın  məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Samirə bir çox həb qəbul edib. 18 yaşlı qız özünü pis hiss etdiyindən yaxınları tərəfindən Qazax Rayon Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, S.Əliyevanın vəziyyəti ağırdır.

Onun hansı səbəbdən bir neçə həbi qəbul etməsi məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...