Modern.az

Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” kitabı çapdan çıxdı

Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” kitabı çapdan çıxdı

Aktual

29 İyul 2019, 13:13

Jurnalist-publisist Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” adlı növbəti kitabı işıq üzü görüb. Kitab Qarabağ döyüşlərində itkin düşmüş soydaşımız Xəqani Eyvaz oğlu Əkbərovun həyat və döyüş yolu əsasında qələmə alınmış sənədli povestdir.

“Azəri” Poliqrafiya nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Gözlər yoldan yığılarmı...” kitabı Mədəniyyət Nazirliyinin Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən müştərək layihəsi əsasında ərsəyə gətirilib. Layihənin rəhbəri Xatirə Kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədova, redaktoru və ön sözün müəllifi şair-publisist Zülfüqar Şahsevənli, rəyçisi “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, texniki redaktoru Dilarə Hüseynova, korrektoru Kamilə Dilbazi, dizayneri Cəfər Kərimovdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı