Qərbi Kaspi Universitetinə qəbul Azərbaycan və rus bölmələri üzrə aparılır.
Modern.az-ın məlumatına görə, elan olunmuş vakant yerlərə qəbul Azərbaycan və rus bölmələri üzrə birgə aparılır və qəbul sona çatdıqdan sonra bölmələr tədris dilləri üzrə bölünür. Bu ildən etibarən isə universitetdə həm də ingilis dilli qruplar yaradılacaq.
Qərbi Kaspi Universiteti qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr üçün təhsil haqqında güzəştlər nəzərdə tutur:
601-700 arası bal toplayan tələbələr - 100 faiz güzəşt
• 551-600 arası bal toplayanlar - 70 faiz güzəşt
• 501-550 arası bal toplayanlar - 50 faiz güzəşt
• 451-500 arası bal toplayanlar - 30 faiz güzəşt
• 380-450 arası bal toplayanlar - 20 faiz güzəşt
Yüksək bal toplayan tələbələr üçün nəzərdə tutulan təqaüdlər:
• 450-500 arası bal toplayan tələbələr - 50 manat
• 501-550 arası bal toplayanlar - 80 manat
• 551-600 arası bal toplayanlar - 100 manat
• 601-650 arası bal toplayanlar - 150 manat
• 651-700 arası bal toplayanlar - 200 manat
IELTS və TOEFL sertifikatı olan tələbələr cari tədris ilində 25 faiz güzəştdən faydalana biləcəklər.
Qərbi Kaspi Universitetini ixtisas seçimində ilk sırada yazan abituriyentlərə təhsil haqqında 10 faizlik güzəşt (ilk təhsil ilində).
Qərbi Kaspi Universiteti ilə tələbələr üçün hansı imkanlar açılır:
I qrup ixtisasları
* İnformasiya texnologiyaları
* Cihazqayırma mühəndisliyi
* Mexatronika və robototexnika mühəndisliyi
* Poliqrafiya mühəndisliyi
* Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
* İstehlak mallarının ekspertizası və marketinqi
* Meşəçilik
* Kompüter mühəndisliyi
II Qrup ixtisasları
* Dünya iqtisadiyyatı
* İqtisadiyyat
* Maliyyə
* Menecment
* Biznesin idarə edilməsi
* Turizm və otelçilik
* Beynəlxalq münasibətlər
* Regionşünaslıq (qərbşünaslıq)
* Dövlət və bələdiyyə idarəetməsi
* Mühasibat uçotu və audit
* Sənayenin təşkili və idarə olunması
* Marketinq
III Qrup ixtisasları
* Tərcümə (ingilis, alman, fransız, çin)
* Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
* Filologiya (ingilis dili və ədəbiyyatı)
* Politologiya
* Tarix
* Fəlsəfə
IV Qrup ixtisasları
* Psixologiya
* Biologiya
* Su bioehtiyatları və akvabitkilər
* Ekologiya
V Qrup
*Dizayn
Qeyd: 2019/2020-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçid balı 200 bal müəyyən edilib. Keçid balı 150 bal olan ixtisaslar isə aşağıdakılardır:
* Meşəçilik
* Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
* İstehlak mallarının ekspertizası və marketinqi
* Poliqrafiya mühəndisliyi
* Marketinq
* Biznesin idarə edilməsi
* Regionşünaslıq (regionlar üzrə)
* Turizm və otelçilik
* Ekologiya