Modern.az

Bakıda 2 nəfər körpüyə çıxaraq intihara cəhd etdi

Bakıda 2 nəfər körpüyə çıxaraq intihara cəhd etdi

Aktual

30 İyul 2019, 13:43

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!