Gürcüstan milli valyutasının ABŞ dollarına qarşı ucuzlaşması davam edir. Gürcüstan Milli Bankının iyulun 31-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9507 təşkil edir.
Kommersiya banklarında 1 dollar 2,99 lariyə satılır. “TBC Bank”da bu gün məzənnə 2,9980 olub.
Avronun da qiymətində artım qeydə alınıb. Belə ki, yeni məzənnəyə əsasən, 1 avronun dəyəri 0,0247 lari artaraq 3,2889 lari təşkil edib.
İngilis funt sterlinqinin dəyəri isə 0,0209 lari ucuzlaşaraq 3,5957 lariyə bərabər olub.
Gürcüstan Milli Bankı milli valyutanın ucuzlaşmasını ölkəyə səfər edən turistlərin sayının azalması ilə əlaqələndirir.