Modern.az

Mərakeş - tolerantlıq və dini dialoqun nümunəvi ölkəsi…

Mərakeş - tolerantlıq və dini dialoqun nümunəvi ölkəsi…

Aktual

30 İyul 2019, 19:16

Mərakeş qonaqpərvərlik, birlikdə yaşamı və sülh mədəniyyətini təbliğ edən bir ölkədir.  Mərakeş h’m də təkallahlı dinlər olan  İslam, Yəhudilik və Xristianlığın kəsişməsidir.

Mərakeş krallığında günümüzdə, etnik və dini azlıqların hüquqlarının qorunması ən yüksək səviyyədədir. Eyni zamanda, Mərakeş dini-mənəvi irsin ayrılmaz hissəsi kimi kilsələrin və sinaqoqların bərpasını təmin etməklə, sonuncu təkallahlı din olan İslamı müdafiə etməsi ilə fərqlənməkdədir.

Mərakeşdə uzun müddət davam edən dini tolerantlıq ənənəsi var. Burada dinlərin mövcudluq tarixi 12 əsrdən çoxdur.  Bunu qədim məscidlər, kilsələr və sinaqoqların Krallığın müxtəlif şəhərlərində yanaşı tikilib istifadəyə verilməsi sübut edir. Dini dözümlülük Mərakeş Krallığında kollektiv vicdanının əsas hissəsidir.

“Ələvilər Suverenliyi” dövründə ölkədə qardaşlıq, dözümlülük və barış ruhu həmişə inkişaf etdirilib.  Bu mənada mərhum kral II Hassanın Yaxın Şərqdə sülh və təkallahlı dinlər arasında dialoq üçün göstərdiyi səyləri xatırlamaq yerinə düşərdi.  O, 1985-ci ildə müsəlman dünyasında Papa II İohann Paulu qəbul edən ilk dövlət başçısı idi. Bu ənənənin indi də Krallıqda davam etdirilməsi Mərakeş adına çox xoş qarşılanan bir haldır. Mərakeş kralı VI Məhəmməd 30 və 31 mart 2019-cu il tarixində Rabata rəsmi səfəri zamanı Roma Papası Fransiski qəbul etdi.

Müsəlmanlar, xristianlar və yəhudilər arasındakı birlikdə yaşama və qarşılıqlı əlaqə modeli Krallığın çoxmədəniyyətli mənşəyini qoruyub saxlamağa kömək etdi. Krallığın Konstitusiyasında (2011), birlik, milli  kimlik və kosmopolitizmin gücləndirməsinə imkan verən maddələr qeyd olunub.

Dini irsi ilə fəxr edən Mərakeş kral VI Məhəmmədin başçılığı ilə mədəniyyətlər və dinlərarası  dialoqu və bu dialoqun gətirdiyi dəyərlərin təbliğini, aralarında anlaşmaya əsaslanan bir mədəniyyətin qurulması üçün daim çalışmağı öhdəsinə götürüb. İrqindən, rəngindən və dinindən asılı olmayaraq Mərakeş ərazisində yaşayan bütün insanlara ölkədə bərabər hüquqlar verilib.

Mərakeş Krallığındakı İslam ənənələri və İslamın təbliği ilə bağlı görülən işlər Konsitutsiyanın “möminlərin komandiri Mərakeş  kralının ölkədəki  bütün dini sahələrdə məsuliyyət daşıdığını” ifadə edən beyətə uyğun idarə olunur. Krallıqda mövcud olan "İmarat Al Mouminine" mərakeşlilərin birləşməsində, millətin sabitliyinin qorunmasında və digər dinlərin ardıcıllarının mənəvi və fiziki təhlükəsizliyində böyük əhəmiyyət daşıyan dini idarəetmə modelidir.

Mərakeş Krallığı Sivilizasiyalar Alyansının qurucu üzvü olaraq, Avropa ilə Cənubi Aralıq dənizi ölkələri arasında anlaşma və mədəni zənginləşmə üçün çalışır. Eyni zamanda, həqiqi sinerjiklərin yaranmasına imkan verən, sülh dialoqunu təşviq etmək üçün səy göstərir.

Krallığın terrorizm və ekstremizmlə mübarizədəki nümunəvi təcrübəsi Mərakeş cəmiyyətini dinin ideoloji instrumentalizasiyası ilə əlaqəli olan risklərdən qoruyur. Mərakeş Krallığı bugün  müsbət mənada dini sahədə görülən  islahat işləri ilə dünyanın bir çox ölkələri üçün ən yaxşı bir nümunədir..

“Morchidins və Morchidates” Təlimi üzrə Mərakeşdə Məhəmməd VI İnstitutunun yaradılması, Kral VI  Məhəmməd cənablarının dini sahənin idarə edilməsinə uzaqgörən yanaşmasını ən mükəmməl şəkildə nümayiş etdirən təşəbbüslərdən biridir.


Leyla Şah

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı