Modern.az

Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Aktual

30 İyul 2019, 21:43

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası gözlənilən kosmik hava proqnozunu açıqlayıb.

Rəsədxanadan Modern.az-a verilən məlumata görə, geomaqnit sahə ümumən çox sakitdir. Sabah da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Enerjili elektron selinin də normal səviyyədə qalacağı proqnozlaşdırılır.

Sabah Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı isə 1%-dən aşağı qiymətləndirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı