Modern.az

Bakı sakininə 500 avroluq saxta əskinaslar verən əcnəbi saxlanıldı

Bakı sakininə 500 avroluq saxta əskinaslar verən əcnəbi saxlanıldı

Aktual

31 İyul 2019, 14:50

Bakı sakinindən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəisinin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.

 

Görülən tədbirlərlə Z.Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma)maddəsi ilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı