Modern.az

Kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağı açılacaq

Kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağı açılacaq

Aktual

31 İyul 2019, 15:44

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir.

 

Modern.az xəbər verir ki, 2018-ci ildə başlanılan layihə üzrə indiyədək görkəmli kinorejissorlar, xalq artistləri Rasim Ocaqovun və Tofiq Tağızadənin yaradıcılıq otaqlarının açılışı olub.

Milli Kino Günündə Əməkdar incəsənət xadimi, məşhur kinorejissor Hüseyn Seyidzadənin (1910-1979) yaradıcılıq otağının açılış mərasimi olacaq.

Tədbir 2 avqust saat 12:00-da “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.

Kinostudiyada muzey-otaqlar kimi fəaliyyət göstərən bu məkanlar korifey sənətkarların yaradıcılığı, iş prosesi barədə təsəvvür yaratmaqla yanaşı, eyni zamanda onların xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı