Modern.az

ABŞ Qarabağa maliyyə yardımını dayandırır

ABŞ Qarabağa maliyyə yardımını dayandırır

Aktual

31 İyul 2019, 16:03

ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırır.

Modern.az xəbər verir ki, bu barədə Amerikanın Erməni Milli Komitəsinin “Twitter” səhifəsində yazılıb.

Qeyd olunur ki, bir müddət əvvəl ABŞ Nümayəndələr palatasının qəbul etdiyi maliyyələşmə barədə düzəlişə baxmayaraq administrasiya maliyyə dəstəyini dayandırmağa çalışır:

“Bu, USAID tərəfindən maliyyələşən proqramdır. Bu addım ciddi siyasi nəticələrə gətirib çıxaracaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!