Modern.az

Ukraynada 40-dan çox azərbaycanlı saxlanıldı

Ukraynada 40-dan çox azərbaycanlı saxlanıldı

Aktual

31 İyul 2019, 17:28

Ukraynanın paytaxtı Kiyev şəhərində qeyri-leqal fəaliyyət göstərən miqrantlara qarşı reyd keçirilib.   



Modern.az
Baku.ws-ə istinadən xəbər verir ki, 28 iyul tarixində baş tutan əməliyyatda miqrasiya qanunlarını pozan altmışdan artıq miqrant aşkarlanıb.

Saxlanılanlar "Troyenşina" bazarı ərazisində çalışan şəxslər olub.

Məlumata görə, Azərbaycan vətəndaşlarının vətənə geri qaytarılması barədə qərar qəbul olunub. Saxlanılan şəxslərinin bəzilərinin şəxsiyyəti müəyyənləşdirilmədiyi üçün onlar miqrantların müvəqqəti saxlanma mərkəzinə yerləşdiriliblər.



Tutulanlar barəsində protokollar tərtib olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı