“Qubada 10 yaşlı Nuray Bayramzadənin başına gələnlər yenidən təkrarlanır. Bu dəfə 14 yaşlı Bəşirova Nəzrin Yalçın qızı, 12 yaşlı Bəşirov Sadiq Yalçın oğlu və 11 yaşlı Bəşirova Nərmin Yalçın qızı ilə bağlı eyni qanunsuzluğa yol verilir”.
Modern.az xəbər verir ki, bu barədə jurnalist Xalid Vahidoğlu öz Facebook hesabında yazıb.
O qeyd edib ki, Uşaqların atası Yalçın Bəşirov (Tel: 051 655-85-56) aidiyyəti qurumlara və mediaya müraciət edərək cəmiyyətin diqqətini bu hadisəyə cəlb edərək törədilən qanunsuzluğun qarşısını almağa yardım istəyir.
“Maraqlıdır ki, bu dəfə məhkəməyə Hafiz Hacıyevin təsir göstərərək xalası qızının xeyrinə qərar çıxartdırdığı iddia edilir” – deyə jurnalist əlavə edib.
Ata mediaya müraciətində yazır: "Yuxarıda adları çəkilən hakimlərin 14, 12 və 11 yaşlı uşaqlarımla əşya kimi davranmaları, uşaqlarımı 4 ilə yaxın müddətdə məhkəmə qapılarında psixoloji sarsıntıya məruz qoymaları, icra məmurunu kriminal hərəktlərə məcbur etmələri səbəbsiz deyil. Belə ki, Şəhla Bəşirovanın anası Məmmədova Xumar İsax qızı Müasir Müsavat Partiyasının sədri Hacıyev Hafiz Ələmdar oğlu ilə dayı qızı-bibi oğludurlar. Bu adam dayısı qızının məhkəmə işlərini öz üzərinə alıb. Xumar Məmmədova Hafiz Hacıyevə arxalanmaqla məhkəmələrə meydan oxuyur".