Bu gün “Qarabağ” klubu avrokuboklarda növbəti oyununu keçirəcək.
Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Dalğa Arena” stadionunda Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İrlandiyanın “Dandolk” klubunu qəbul edəcək.
Bakıdakı keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb. Öz ölkəsinin çempionu olan klubların baş məşqçiləri start “11-lik”ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər:
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.
İlk oyun – 1:1