Modern.az

Lerikdə toyda kütləvi zəhərlənmə oldu

Lerikdə toyda kütləvi zəhərlənmə oldu

Aktual

31 İyul 2019, 20:34

Lerik rayonunda toyda kütləvi zəhərlənmə baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə rayonun Durğan kəndində qeydə alınıb.

Belə ki, Füzuli Mirzəyevə məxsus evin həyətyanı sahəsində toy məclisi keçirilib. Həmin toy məclisində bir ailənin 4 üzvü - 1981-ci il təvəllüdlü Ehtiram Abdullayev, 1989-cu il təvəllüdlü Kəmalə Quluzadə, 2002-ci il təvəllüdlü Yaşar Quluzadə, 2003-cü il təvəllüdlü Yasəmən Quluzadə, 1966-ci il təvəllüdlü İlham Zülfiyev, 1979-cu il təvəllüdlü Mehman Teyyubov, 1997-ci il təvəllüdlü Günay Teyyubov, 1991-ci il təvəllüdlü Mütəllim Teyyubov və 1984-cü il təvəllüdlü Rəvanə Teyyubova qidadan zəhərlənib.

Onlar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!