Modern.az

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə çıxdı

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə çıxdı

Aktual

31 İyul 2019, 22:54
“Qarabağ” “Dundalk”  oyunu başa çatdı.
 
Modern.az xəbər verir ki,  qarşılaşmanın ikinci hissəsində “Qarabağ” yenidən fərqlənib.
 
Oyunun son dəqiqələrində Xayme Romero özünün ikinci, komandasının üçüncü qolunu vurub: 3:0
 
İki oyunun nəticəsinə görə, 4:1 hesabı ilə qalib gələn "Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqəni əldə edib.

 

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Kiprin APEOL klubu ilə qarşılaşacaq

 

***

“Qarabağ” “Dundalk”  oyununda daha bir qol vurulub.

Modern.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Aylton Silva 76-cı dəqiqədə baş zərbəsi ilə vurduğu qolla hesabı 2:0 edib! 

 

***

“Qarabağ” “Dundalk”  oyununda hesab açılıb.

Modern.az  xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən  “Qarabağ” oyunun ilk dəqiqəsində hesabı açmağa yaxın olub.

Mahir Əmrəlinin zərbəsi qapıdan azca aralı keçib.

12-ci dəqiqədə isə  Ağdam klubunun yeni transferi Xayme Romero "Qarabağ"ı hesabda önə keçirib.

Qeyd edək ki, komandalar arasında Dublində keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı