Modern.az

Azarkeşin hərəkətinə görə “Qarabağ” cərimələnəcək

Azarkeşin hərəkətinə görə “Qarabağ” cərimələnəcək

Aktual

31 İyul 2019, 22:25

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Dandolk” matçında xoşagəlməz hadisə yaşanıb.

Modern.az xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində meydana azarkeş daxil olub.

Təhlükəsizlik xidmətindən yayınaraq meydana çıxan “Qarabağ” fanatı Ağdam klubunun kapitanı Rəşad Sadıqovla görüşüb və qaçaraq meydandan çıxıb.

Bununla bağlı UEFA İntizam Komitəsi qərar çıxaracaq. Təhlükəsizlik təmin olunmadığı üçün Azərbaycan çempionu cərimələnəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı