Modern.az

Cəlilabad sakini günvurmadan öldü

Cəlilabad sakini günvurmadan öldü

Aktual

31 İyul 2019, 23:02

Cəlilabad sakini günvurmadan dünyasını dəyişib.

Modern.az APA-ya istinadən  xəbər verir ki, bədbəxt hadisə Cəlilabad şəhəri ərazisində baş verib.

45-50 yaşlarında olan Anar adlı şəxs quyudakı su nasosunu təmir edərkən qəfildən yerə yıxılıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxsin bir müddət əvvəl dünyasını dəyişdiyi məlum olub. Yaxınları mərhumun elektrik cərəyanından öldüyünü zənn etsələr də, aparılan müayinələrə əsasən, onun günvurmadan vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...