Modern.az

Bin Ladenin  oğlu ölüb: yerini deyənə 1 milyon dollar veriləcəkdi

Bin Ladenin  oğlu ölüb: yerini deyənə 1 milyon dollar veriləcəkdi

Aktual

1 Avqust 2019, 00:47

ABŞ kəşfiyyatı "Əl-Qaidə" terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzənin öldüyü barədə məlumat əldə edib.

Modern.az  “Report”a  istinadən xəbər verir ki, bu barədə üç hökumət nümayəndəsinə istinadən NBC telekanalı məlumat yayıb.

Bununla belə onlar Həmzə bin Ladenin harada və hansı şəraitdə öldüyü barədə məlumat verməkdən imtina ediblər.

Mart ayında ABŞ Həmzənin yerini müəyyən etməyə imkan verən istənilən məlumata görə 1 milyon dollar dəyərində mükafat vəd etmişdi.

Üsamə bin Laden Amerika xüsusi təyinatlılarının 2011-ci ildə Pakistanda apardığı əməliyyat zamanı öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı