Modern.az

Bu ixtisasları seçən tələbələr Cənubi Karolina Universitetinin diplomunu ALACAQLAR

Bu ixtisasları seçən tələbələr Cənubi Karolina Universitetinin diplomunu ALACAQLAR

Aktual

1 Avqust 2019, 13:50

Aşağı təhsil haqqı ilə!

 

Qərbi Kaspi Universiteti ABŞ-ın Cənubi Karolina Universiteti ilə əməkdaşlığa başlayır. Tərəflər arasında razılaşmaya əsasən birgə tədris prosesi Qərbi Kaspi Universitetinin bazasında təşkil olunacaq və əsasən servis menecmenti sahəsini əhatə edəcək.

 

Modern.az xəbər verir ki, dərslər Cənubi Karolina Universitetinin müəllimlərinin online və fiziki iştirakı olmaqla təşkil olunacaq.


Tədris proqramının sonunda tələbələr Qərbi Kaspi Universitetində seçdikləri ixtisasın diplomu ilə yanaşı Cənubi Karolina Universitetinin əlavə ixtisas diplomunu da alacaqlar.
Tədris proqramı əsasən aşağıdakı istiqamətləri əhatə edəcək:

✔ İqtisadiyyat
✔ Menecment
✔ Turizm menecmenti
✔ Otel idarəçiliyi, iaşə obyektlərinin idarə olunması, nəqliyyat xidmətlərinin göstərilməsi, onlayn ticarət
✔ Biznesin idaredilməsi
✔ İnformasiya texnologiyaları
✔ Kompüter mühəndisliyi 
✔ Cihazqayırma mühəndisliyi
✔ Mexatronika və robototexnika mühəndisliyi
✔ Marketinq 
✔ Beynəlxalq münasibətlər
✔ Regionşünaslıq
✔ Dövlət və bələdiyyə idarəetməsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı