Modern.az

Ceyhun Bayramov yeni rektoru kollektivə təqdim etdi

Ceyhun Bayramov yeni rektoru kollektivə təqdim etdi

Aktual

1 Avqust 2019, 15:30

Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunan Vilayət Vəliyev universitetin kollektivinə təqdim edilib.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. 

 

Rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Vilayət Vəliyevin bioqrafiyası barədə məlumat verib.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran C.Bayramov bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı