Modern.az

Qubada toy karvanında QƏZA - 6 nəfər yaralandı - SİYAHI

Qubada toy karvanında QƏZA - 6 nəfər yaralandı - SİYAHI

Aktual

1 Avqust 2019, 15:53

Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qələdüz kəndi ərazisində baş verib.

 

Şadlıq sarayı istiqamətində hərəkət edən toy karvanının önündə gedən "Niva" markalı avtomobilə qarşı tərəfdən yüksək sürətlə gələn "VAZ-2107" markalı avtomobil çırpılıb. Nəticədə, 2-si qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Xəsarət alanlar, rayonun Üçgün kənd sakinləri- Qəmbər Babayev (1966), Sahibə Babayeva (1966), Küpçal kənd sakinləri- Sənubər Səfərova, Alim Qədirov (1984), Qələdüz kənd sakinləri- Təranə Əlixanova (1961), Tərlan Əlimirzəyevdir (1992).

 

Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, müvafiq şöbələrə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı