Modern.az

Rəsmi Bakı erməni nazirin "sabitlik adası" şərhinə cavab verdi

Rəsmi Bakı erməni nazirin "sabitlik adası" şərhinə cavab verdi

Aktual

1 Avqust 2019, 17:55

Ermənistanın xarici işlər naziri “sabitlik” sözünün mənasını düzgün başa düşmür.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva öz “Twitter” səhifəsində Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyanın Ermənistanı “sabitlik adası” adlandırmasını şərh edərkən deyib.

 

L.Abdullayeva erməni nazirin bu sözü düzgün anlamadığını vurğulayıb:

“Başqa dövlətin torpaqlarını işğal altında tutan və etnik təmizləmə aparan təcavüzkar necə “sabitlik adası” ola bilər? İlk növbədə beynəlxalq hüquqa hörmət etmək lazımdır!”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!