Modern.az

“Qəbələ”nin oyunçuları İspaniyaya baxışa yollandı

“Qəbələ”nin oyunçuları İspaniyaya baxışa yollandı

Aktual

1 Avqust 2019, 18:42

“Qəbələ” klubunun üzvləri Gülağa Əsədov və Mehrac Baxşəliyev AFFA-nın dəstəyi ilə İspaniyanın “Malaga” Futbol Klubunun Akademiyasında bu gündən etibarən avqustun 31-ə qədər baxışda olacaqlar.


Modern.az-ın məlumatına görə, AFFA İcraiyyə Komitəsinin 3 iyun 2019-cu il tarixli iclasında xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərcinin AFFA tərəfindən ödənilməsi barədə qərar qəbul olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı