Modern.az

Məhkəmə “Əli və Nino” ilə bağlı qərarını açıqladı

Məhkəmə “Əli və Nino” ilə bağlı qərarını açıqladı

Aktual

1 Avqust 2019, 20:17

Bakı Apelyasiya Məhkəməsində “Əli və Nino yayım” MMC-nin cərimələnməsi barədə qərardan verilmiş şikayətə baxılıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki,  hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, “Əli və Nino yayım” MMC-nin şikayəti təmin edilməyib.

Qeyd edək ki,  Nəsimi rayon Məhkəməsi “Əli və Nino yayım” MMC-nin 1500 manat məbləğində cərimələnməsinə qərar verib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

Qeyd edək ki, “Əli və Nino yayım“ MMC kitab satışı məşğuldur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı