“Qəbələ” avrokuboklarda mübarizəni dayandırıb.
Modern.az xəbər verir ki, Qəbələ təmsilçisi hər iki görüşdə məğlub olub.
Yarışa bu raunddan başlayan Sənan Qurbanovun yetirmələri Gürcüstanın “Dinamo” klubu ilə cavab oyununda da uduzub. Evdə iki cavabsız qol buraxan “Qəbələ” Tbilisidəki görüşdə 3:0 hesabı ilə məğlub olub.
“Dinamo”nun heyətində Levan Şengeliya (2 dəfə) və Kvame Karikari fərqlənib.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun da “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.