Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
1964-cü il təvəllüdlü Məcidov Teymur Allahverdi oğlu evdə bıçaqla özünə xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.