Modern.az

Nazirlik 900-ə yaxın əlili istirahətə göndərdi

Nazirlik 900-ə yaxın əlili istirahətə göndərdi

Aktual

2 Avqust 2019, 15:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizdə olan istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. 

 

Modern.az xəbər verir ki, bu ilin ötən dövründə onlardan artıq 892 nəfər Quba, Qusar, Xaçmaz, Lənkəran,  rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb.

 

Əlilliyi olan şəxslərin istirahətinin təşkili “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir. Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı,  onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı