Modern.az

Ukrayna bu ölkələrlə viza rejimini ləğv edir

Ukrayna bu ölkələrlə viza rejimini ləğv edir

Aktual

3 Avqust 2019, 23:03

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra ölkələrlə viza rejimini ləğv etmək niyyətindədir.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, Prezident bu barədə Ukraynada səhiyyə turizminin inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.

“Biz vətəndaşları müalicə almaq üçün tez-tez Ukraynaya gələn ölkələrin siyahısını hazırlamalı və onu Xarici İşlər Nazirliyinə təqdim etməliyik. Xüsusilə bunu sərhədi keçərkən maneələrlə üzləşən xarici ölkə vətəndaşları üçün etməliyik”, - Zelenski deyib.

Prezident söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı