Modern.az

Şamaxıda QƏZA - Ana və övladları xəsarət aldı

Şamaxıda QƏZA - Ana və övladları xəsarət aldı

Aktual

4 Avqust 2019, 09:26

Bu gün Şamaxıda minik avtomobilinin aşması nəticəsində ana və iki övladı xəsarət alıb.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, Kamran Salahovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin aşması nəticəsində Ağsu sakinləri, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Salahova Ruhəngiz Zülfüqar qızı, onun övladları - 2008-ci il təvəllüdlü Salahova Fatimə Kamran qızı, 2012-ci il təvəllüdlü Salahov Abdullah Kamran oğlu xəsarət alıblar.

 

Ana və övladları Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı