Modern.az

Bakı-Qazax yolunda “KamAZ” “Azsamand”ı VURDU - 2 ölü, 1 yaralı

Bakı-Qazax yolunda “KamAZ” “Azsamand”ı VURDU - 2 ölü, 1 yaralı

Aktual

4 Avqust 2019, 11:22

Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonunun Şıxlar kəndindən keçən 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, yolun kənarında dayanmış, içərisi sərnişinlə dolu olan “Azsamand” markalı minik maşınını arxadan “KamAZ” vurub.

 

Hadisə nəticəsində minik maşınında olan 2 nəfər- 1 kişi və 1 qadın hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan daha bir qadın sərnişin isə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...