Modern.az

İngiltərə Superkubokunun qalibi müəyyənləşdi

İngiltərə Superkubokunun qalibi müəyyənləşdi

Aktual

4 Avqust 2019, 21:13

İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

Modern.az xəbər verir ki,  oyun Londondakı “Uembli” stadionunda keçirilib.

Premyer Liqanın qalibi “Mançester Siti” gümüş mükafatçı “Liverpul”u sınağa çəkib. Mançesterlilər “tripl” müəllifi olaraq kubok və Liqa kubokunu da qazandığından Superkubokda Premyer Liqanın gümüş mükafatçısı ilə görüşüb. Matçın taleyini penaltilər seriyası həll edib. Komandalardan hərəsi oyunun bir hissəsində fərqləndiyindən 90 dəqiqə qalibi müəyyənləşdirməyib. Əlavə vaxtın olmadığı oyundan sonrakı “lotereya”da mançesterlilə daha dəqiq olub – 5:4.

Bununla da “şəhərlilər” ardıcıl 2-ci, tarixində 6-cı dəfə Superkuboka yiyələnib.

İngiltərə Superkuboku:

“Liverpul” – “Mançester Siti” – 1:1, pen. 4:5

Matip, 78 - Sterlinq, 12

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...