Modern.az

Türkiyəni qanunsuz tərk etmək istəyən 88 nəfər saxlanıldı

Türkiyəni qanunsuz tərk etmək istəyən 88 nəfər saxlanıldı

Aktual

4 Avqust 2019, 23:56

Türkiyənin İzmir şəhərinin Çeşmə və Dikili rayonlarında ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 88 nəfər saxlanılıb.

Modern.az  xəbər verir ki, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıqlar vasitəsilə ölkəni tərk etmək istədikləri məlum olub.

Saxlanılanlar arasında uşaqlar və qadınlar da olub.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı