Modern.az

“Sədərək”dəki yanğınla bağlı 10 nəfər xəstəxanaya aparılıb

“Sədərək”dəki yanğınla bağlı 10 nəfər xəstəxanaya aparılıb

Aktual

5 Avqust 2019, 09:33

"Sədərək" Ticarət Mərkəzində dünən baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, onlardan 6 nəfərinə yerində yardım edilib:

“10 nəfər Klinik Tibbi Mərkəzə aparılıb. 10 nəfərdən 1-i yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanları yanğının söndürülmasində iştirak edən Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.

Rəsmi məlumata görə, müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində yanğın baş verib. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin açıqlamasına görə, müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahə yanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı