Modern.az

Azərbaycanda maqnit qasırğası gözlənilir

Azərbaycanda maqnit qasırğası gözlənilir

Aktual

5 Avqust 2019, 10:49

“Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdurGünəş diski ləkəsizdir. SDO/AIA 304 görüntülərində 4 avqust /16.40 UTC-də NE kvadrantında filament (sap) püskürməsi qeydə alınmışdır. Koronoqraflarda CME (Coronal Mass Ejections – Tac kütlə atılması) görüntüləri əldə olunduqdan sonra analizi həyata keçiriləcək”.


Bu açıqlamanı Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Salehli verib.



O, deyib ki, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.


“Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunmuşdur. Günəş küləyinin sürəti ortalama 335 km/san olmuşdur. Ümumi maqnit sahəsi 2-5 nT intervalında olmuşdur. Bzkomponenti +2 və -4 nT intervalında zəif dəyişmişdir. Phi bucağı 04 avqust/08.50 UTC-ə qədər dəyişkən olmuşdur.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=3, 4).

Kosmik hava proqnozu – Proqnoz dövründə (05 - 07 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (05 – 07 avqust) CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin güclənməsi hesabına yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (05 – 07 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (05 - 07 avqust) Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

Diqqət: Proqnoz dövründə ilk iki gün (05, 06 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (07 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək.  ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı