Modern.az

Həccə gedən azərbaycanlı zəvvar öldü

Həccə gedən azərbaycanlı zəvvar öldü

Aktual

5 Avqust 2019, 11:06

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan biri dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən  Trend-ə vbildirilib ki, dünyasını dəyişən zəvvar Ağdam rayonundan olan 69 yaşlı Şükürov Bəhmən adlı şəxsdir.

Ürək tutmasından dünyasını dəyişən Ş.Bəhmən Səudiyyə Ərəbistanında dəfn olunacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. 

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı