Modern.az

Məişət  zorakılığı  dövlətin və cəmiyyətin ortaq problemidir

Məişət  zorakılığı  dövlətin və cəmiyyətin ortaq problemidir

Aktual

5 Avqust 2019, 12:32

Ölkəmizdə ailə mühitinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılmasına baxmayaraq,   məişət zorakılığına qarşı mübarizə dünyanın hər yerində olduğu kimi bizim ölkədə də  mürəkkəb bir problemdir.  Çünki əksər hallarda  zorakılıq halları ətraf mühitdən gizlədilir, nəticədə ailələr dağılır, insanlar sağlamlıqlarını itirirlər,  hətta fərdin özünü cəzalandırması – intihara, özünü öldürmə dərəcəsinə çatdırma hərəkətlərini yaradır.  Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.  Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Çünki əksər hallarda vətəndaşlar dövlətin məişət  zorakılığına qarşı  mübarizə  məqsədi ilə   həyata keçirdiyi planlardan, müvafiq qаnunlаr,  proqramlar və təşəbbüslərdən, bu sahədə əldə olunan uğurlardan, məişət  zorakılığından zərər çəkmişlərə dövlət qayğısından xəbərsiz olurlar. Cəmiyyətdə bu sahədə yaranmış informasiya azlığını və ictimaiyyətin fikirlərini ifadə etmək istəklərini nəzərə alaraq, “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məişət  zorakılığı ilə mübarizədə  ictimai iştirakçılıq” adlı layihəni həyata keçirir.  Layihə çərçivəsində   məişət  zorakılığı ilə bağlı problemləri  ictimaiyyətin  özündən  öyrənmək, təşəbbüslərini müvafiq dövlət orqanlarına,  cəmiyyətə çatdırmaq məqsədilə ictimai müzakirələr keçirmək  və zərərçəkmişlərə hüquqi yardım göstərmək nəzərdə tutub.  İctimai müzakirələr zamanı vətəndaşlar həm də ailədaxili münasibətlər və problemlərin hüquqi həlli, zorakılıqdan müdafiə formaları haqqında geniş fikir mübadiləsi edə biləcəklər və  məlumatlar alacaqlar.  Cəmiyyətin  aktual probleminə çevrilən məişət  zorakılığı insanlığa  qarşı qəddarlıq olduğundan, zorakılıq halları ilə bağlı cinayətlərin sayında sürətli artım müşahidə edildiyindən, xüsusən də  zorakılıq səbəbindən ölüm halları  çoxaldığından  bu mübarizədə  hər bir vətəndaşın iştirakına sosial ehtiyac və tələb var.

 

 Xanım Əhmədzadə,

 “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyinin sədri                                                                    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı