Modern.az

“Qarabağ” APOEL-i keçsə, “Ayaks”la qarşılaşa bilər - PÜŞKATMA

“Qarabağ” APOEL-i keçsə, “Ayaks”la qarşılaşa bilər - PÜŞKATMA

Aktual

5 Avqust 2019, 14:38

Bu gün UEFA Çempionlar Liqasında  pley-off mərhələsinin püşkü atılıb. 

Modern.az xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib. 

Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi  PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" APOEL-i keçsə, pley-offdakı ilk oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də olacaq.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı